“Everton”un yarımmüdafiəçisi Jerar Delofeu 2 aylıq sıradan çıxıb. Futbolinfo.az xəbər verir ki, İspaniyada keçirilən tibbi müayinədən sonra həkimlər futbolçuya 6-8 həftə müalicə kursu keçmək lazım olacağını bildirib.
 
Jerar “Fulhem”lə oyunda dizaltı qığırdağını zədələyib. Oyundan sonra baş məşqçi Roberto Martines zədənin ciddi olmadığını söyləmişdi.
 
“Barselona”ya məxsus olan Delofeu “Everton”da icarə əsasında çıxış edir.
Shares: