Almaniya yığmasının DÇ-2014-dən öncəki yoldaşlıq oyunularının təqvimi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Yoahim Löv mundialdan öncə yetirmələrini 3 matçda sınayacaq.
 
FİFA-nın bu il milli komandaların yoxlama oyunu keçirməsi üçün ayırdığı yeganə gündə – martın 5-də almanlar Çilini qəbul edəcək.
 
Almaniya yığması mayın 13-də Polşanı, iyunun 1-də isə Kamerunu sınağa çəkəcək. Bundan sonra isə komanda Braziliyaya yola düşəcək.
 
Qeyd edək ki, Almaniya dünya çempionatında Portuqaliya, Qana və ABŞ yığmaları ilə birlikdə G qrupunda qərarlaşıb.
Shares: