"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qışda komandadan ayrılacaq futbolçulardan danışıb. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
"Əsas heyət oyunçularından kimisə göndərmək fikirim yoxdu. Yalnız Murad Səttarlı, Tural İsgəndərov və Toğrul Bilallını hansısa klublara icarə əsasında göndərmək fikrim var. Onların oynayıb, təcrübələrini artırmalarına ehtiyac var ki, 6 ay icarədə oynadıqdan sonra "Qarabağ"da əsas heyətə düşə bilsinlər".





