"Çelsi"nin baş məşqçisi Joze Mourinyo sabiq futbolçusu Məsut Özil haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, portuqal mütəxəssis Premyer Liqada bu axşam qarşılaşacaqları "Arsenal"la görüşdə Özilin dayandırmağın çətin olacağını bildirib:
 
"Məsutun güclü tərəfi onun zəif nöqtəsinin olmamasıdı. Onun qarşısını almağın yollarını bilirəm. Ancaq Özili 90 dəqiqə ərzində nəzarətdə saxlamaq mümkün deyil. Bu tip oyunçular fürsət tapıb özlərini göstərə bilir. Elə buna görə də onlar yüksək səviyyəyə gəlib çatıblar. Məsut Özili bu axşam dayandıracağımıza inanmıram".
 
"Arsenal" – "Çelsi" oyunu bu axşam, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Shares: