"Çelsi"nin baş məşqçisi Joze Mourinyo premyer-liqada "Arsenal"la oyundan sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis derbinin nəticəsindən razı qaldığını deyib:
 
"Arsenal" da, biz də qazanmaq istəyirdik, qalib gələ bilərdik. Çünki qarşılaşma ərzində üstün tərəf biz idik. "Arsenal" ağlamağı sevir. İngilis futbolunda hər zaman aqressivlik və sərtlik olub. Hakim oyunu çox yaxşı idarə etdi".
Shares: