"Real"ın şərəfini qoruyan Fabio Koentrao karyerasını İngiltərədə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu "Tottenhem"in hədəfindədi.
Hər iki tərəf arasında razılaşma əldə olunarsa, 25 yaşlı futbolçu yanvar ayında Madridi tərk edəcək.
Qeyd edək ki, Fabio Koentrao 2011-ci ildən Madrid klubunun şərəfini qoruyur. "Real" forması ilə çıxdığı 40 oyunda bir dəfə fərqlənib.





