“Neftçi”nin müdafiəçisi Elvin Yunuszadənin futbolinfo.az saytına müsahibəsi
– AZAL-la oyunda “Neftçi”nin məğlubiyyətinə hakimlər səbəb oldu?
– Hakimlik barədə danışmaq istəmirəm. Bu məsələ ilə klub rəhbərliyimiz maraqlanır. Nə lazımdısa, onlar deyəcəklər. Amma məğlub olmağımızın səbəbi meydanda 9 nəfər qalmağımız idi. Elə olmasaydı, biz təzyiqi artırmışdıq və qalib gələcəkdik.
– Hakimin verdiyi qırmızı vərəqlərlə razılaşırsız?
– Bununla bağlı heç nə demək istəmirəm. Epizodlara baxdıqdan sonra qiymət vermək lazımdı. Meydanda başqa cür görünür, videoyazıda başqa cür.
– Sizə verilən qırmızı vərəqəni bütün futbol mütəxəssisləri haqlı qərar sayır…
– Məncə, sarı da vermək olardı. Çünki ikimiz də topa girdik. Mənim ilk müdaxiləm topa idi. Sonra rəqibin ayağına vurdum.
– Bəs, verilən iki oyunluq cəza ilə razılaşacaqsız, ya apelyasiya şikayəti verəcəksiz?
– AFFA-ya müraciət edəcəyik. Bu qərara bir də baxmalıdılar. Heç olmasa, cəzam bir oyuna salınsın. Yenə deyirəm ki, ilk müdaxiləm topa idi. Mənim rəqibə zərbə endirmək kimi niyyətim yox idi.
– AFFA-ya müraciət edəcəyik. Bu qərara bir də baxmalıdılar. Heç olmasa, cəzam bir oyuna salınsın. Yenə deyirəm ki, ilk müdaxiləm topa idi. Mənim rəqibə zərbə endirmək kimi niyyətim yox idi.
– Çempionatın yarısı arxada qaldı. Geridə qalan 18 turu necə dəyərləndirmək olar?
– Bizim üçün pis keçmədi. Liderlə cəmi iki xal fərqimiz var. Əsas odu ki, yenə də çempionluq üçün oynayırıq. İnaniram, ki ikinci dövrədə ilk pilləyə qalxacağıq. Ardıcıl 4-cü çempionluğu istəyirik.
– “Qarabağ”, “Neftçi” və “Qəbələ”dən başqa digər komandaları çempionluq yarışından silmək olar?
– Yox, futbolda hər şey olur. Belə deməzdim. Bütün komandalar sona qədər döyüşəcəklər.
ELSEVƏR





