AZAL-ın vitse-prezidenti Vaqif Qasımov Topaz Premyer Liqasının 18-ci turunda keçirilən "Neftçi" ilə oyun haqda fikirlərini bildirib. Futbolinfo.az saytına müsahibəsində klub rəsmisi bunları dilə gətirib:
"Başa düşmürəm… "Neftçi" nəyinsə gücü hesabına udmalıdı? Udsun! Bir söz demirəm. Qırmızı vərəqələr düzgün verilmişdi. Heç bir hakim onu verməyə bilməzdi. Deyirlər ki, guya Orxan Qəbələdəndi və "Qəbələ"ni qabağa çəkmək üçün belə edir. Onda "Neftçi"nin oyuna bakılı hakimlərin təyinat almasını necə başa düşək? Bu, düzgün söhbət deyil. Rəhbərlik bu cür sözlər deyə bilməz. Oyundan sonra özündən razı olan Tahir Süleymanov baxsın ki, hansı söyüşləri işlədirdi. Hakimlər meydandan çıxa bilmirdi. 15-20 polis əməkdaşı onu saxlaya bilmirdi. Təbii ki, günah polisdədi. Belə adamların əl-ayağını bağlayıb aparmaq lazımdı. Rəhbər özünü belə aparmaz. Sənin bu hərəkətin futbolçulara necə təsir edəcək? Ona 5 oyunluq cəza verdilər. Halbuki, onu ümumiyyətlə komandaya yaxın buraxmaq lazım deyil".





