“Barselona”nın yarımmüdafiəçisi Xavyer Maskerano “Napoli”dən gələn təklifi qəbul edib. Futbolinfo.az xəbər verir ki, o, italyan klubuna yanvarda deyil, yayda keçəcəyinə söz verib.
 
Bircə qalıb Neapol təmsilçisinin klub rəhbərliyini razı salması. Baş məşqçi Xerardo Martinonun məlumatına görə, “Barselona” argentinalını 20 milyon avroya satmaq istəyir. “Napoli”nin nə qədər təklif etdiyi isə məlum deyil.
Shares: