"Sumqayıt" transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Ramil Mansurovu heyətinə qatan Sumqayıt klubu bu dəfə "Qəbələ"də çıxış edən Tərzin Cahangirovla müqavilə imzalayıb.
21 yaşlı futbolçu Aqil Məmmədovun komandasında icarə əsasında çıxış edəcək. Tərzin yeni klubunda 14 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, əslən sumqayıtlı olan Tərzin futbolda ilk addımlarını da Sumqayıtda atıb.





