A seriyasında çətin günlər keçirən “Milan” radikal qərarlar almaq niyyətindədi. Futbolinfo.az xəbər verir ki, klub prezidenti Silvio Berluskoni komandanın əsas hücumçusu Mario Balotellini satışa çıxarmağa hazırlaşır.

O, bunu maddi qaynaq yaratmaq məqsədi ilə etməyi düşünür. Berluskoni yanvarda Balotellini ən azı 30 milyon avroya satmağı planlaşdırır. Məlumatınız olsun ki, Mario “Milan”a ötən qış “Mançester Siti”dən 20 milyon avro qarşılığında keçmişdi.

Shares: