Rusiya millisinin sabiq futbolçusu İlya Tsımbalar vəfat edib. Futbolinfo.az xəbər verir ki, bir müddətdi ürək çatışmazlığından əziyyət çəkən oyunçu 44 yaşında Ukraynada müalicə aldığı klinikada dünyasını dəyişib. Onun Odessa şəhərində ürək xəstəliyindən öldüyü bildirilir.
İlya karyerasına 1986-cı ildə Ukrayna “Çernomorets”ində başlayıb. Lakin azarkeşlər onu daha çox Moskva “Spartak”ının forması ilə tanıyır. 1993–99-cu illərdə Rusiya klubu ilə 6 dəfə ölkə çempionu olan Tsımbalar millinin də vəzəedilməzlərindən olub. İlya karyerasını 2001-ci ildə “Anji”də başa vurub və 2 il sonra məşqçiliyə başlayıb. Rusiyalı son olaraq “Ximki” klubunu çalışdırıb.





