Tovuzun "Turan-T" klubunun aparıcı futbolçusu Azər Məmmədov komandadan ayırlıb. Futbolinfo.az xəbər verir ki, "Araz Naxçıvan"dan aldığı təklifi müsbət dəyərləndirən futbolçu yaxın günlərdə yeni komandasının təlim-məşq toplanışına qoşulacaq.
Tovuzlularla hələ altı aylıq müqaviləsi olan Məmmədov qərb təmsilçisindən problemsiz ayrılıb. "Turan-T"dən aldığı bütün geyim dəstlərini qaytaran hücumçu sənədlərini alsa da, dekabr ayının məvacibini götürə bilməyib. Çox güman ki, Azərin 500 dollar məbləğində olan məvacibi kompensassiya hesab edilərək, ona verilməyəcək.





