Heyətində Azərbaycan yığmasının futbolçusu Ruslan Abışovun da yer aldığı Rusiyanın “Rubin” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bundan sonra Kazan təmsilçisini Stanislav Çerçesov çalışdıracaq.
Moskva “Spartak”ının sabiq baş məşqçisi Kazan klubuna “Amkar”ın düşərgəsindən keçəcək. “Amkar” haızrda maliyyə çətinliyi yaşadığından Çerçesovla yollarını ayırıb.





