U-17 Liqasının 2012/2013-cü il mövsümünün qalibi olan “Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası yanvarın 5-dən – 12-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin sözügedən komandası qardaş ölkədə AFFA-nın hesabına hazırlıq keçəcək.
 
Qeyd edək ki, U-17 Liqanın qaliblərinin mükafatlandırılması mərasimində Əsasnaməyə uyğun olaraq, çempion olmuş komandaya qızıl medallar, diplom və kubokla yanaşı, AFFA-nın vəsaiti hesabına ölkə xaricində bir həftəlik təlim-məşq toplanışı keçirmək hüququ verən sertifikat da təqdim olunmuşdu.
Shares: