“Arsenal”ın ulduzu Teo Uolkotla bağlı verilən son xəbər azarkeşləri şoka salıb. Futbolinfo.az xəbər verir ki, federasiya kuboku ərçivəsində “Tottenhem”lə matçda zədələnərək meydanı tərk edən forvardın əvvəlcə bir ay futboldan uzaq qalacağı açıqlansa da, ətraflı müayinədən sonra məlum olub ki, Teonun zədəsi ağırdı.
Uolkot 6 ay meydana çıxa bilməyəcək. Onun diz bağlarındakı problem ciddidi və əməliyyat olunmalıdı.
Bununla da Uolkotun bu yay Braziliyada keçiriləcək Dünya Çempionatında da iştirak edə bilməyəcəyi dəqiqləşib.





