"Qəbələ" 2013/14 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir. Futbolinfo.az xəbər verir ki, "Qəbələ"nin brazilyalı legioneri Dodo isə komandanın Antalyadakı düşərgəsinə birbaşa öz vətənindən yollanıb.
San Paulo – İstanbul – Antalya reysi ilə Türkiyəyə yola düşən yarımmüdafiəçi təyyarədə ölkəsinin əfsanəvi futbolçusu ilə rastlaşıb. Belə ki, o hazırda "Sivasspor"un baş məşqçisi olan Roberto Karlosla görüşüb. Bu görüşdən çox məmnun olan Dodo əfsanəvi futbolçu ilə İstanbula qədər həmsöhbət olub.
Qeyd edək ki, Türkiyənin "Sivasspor" komandası da təlim-məşq toplanışı üçün Antalya şəhərini seçib.





