FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş sayca 26-cı ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün 3-cü oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, yığmamız bu dəfə Yaponiya ilə qarşılaşıb.
 
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda Yunanıstanla qarşılaşmışdı və 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Çexiya ilə görüşdə 2 cavabsız qolla uduzan komandamız bu dəfə də 1:4 hesablı darmadağına üzüldü.
 
Azərbaycan – Yaponiya matçı başa çatdıqdan sonra isə oyunun ən yaxşı futbolçuları mükafatlandırılıb. Millimizdən ən yaxşı adına Bəhlul Mustafazadə layiq görülüb.
 
Onu da xatırladaq ki, yığmamızın Yunanıstanla ilk oyununun ən yaxşısı "Bakı"nın üzvü Təyyar Məmmədov seçilmişdi. Çexiya ilə görüşün ən yaxşısı isə "Xəzər Lənkəran"lı Elnur Cəfərov olmuşdu.
Shares: