Ötən həftə zədəsini sağaldaraq komanda ilə məşqlərə başlayan "Borussiya" (Dortmund) klubunun futbolçusu İlkay Gündoğan meydana çıxmaq üçün hələ tam hazır deyil.
 
Futbolinfo.az xəbər verir ki, o, bu barədə "Bild" qəzetinə açıqlamasında deyib: "Özümü yaxşı hiss etmirəm, ağrılarım davam edir. Belimdəki ağrılar bütün bədənimə yayılıb. Hazırda əsas məqsədim yaşıl meydana tam olaraq hazır dönməkdi".
 
İlkay ötən ilin avqustunda Almaniya millisinin Paraqvayla oynadığı matçda zədələnmişdi.
Shares: