Ötən ilin yayında AZAL-dan "Simurq"a transfer olunan Orxan Səfiyaroğlu və Taqim Novruzov yenidən sabiq klublarına qayıda bilərlər. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubunda forma şansı qazana bilməyən hər iki futbolçu bölgə klubunu tərk etmək fikrindədi.
 
Hətta onların hər ikisinin "Simurq"un Türkiyə toplanışına aparılmayacağı bildirilirdi. Lakin son anda Novuzov üçün bilet alındı və o, Antalya toplanışına aparıldı. Orxan isə Georgi Çixradzenin siyahısında ümumiyyətlə yer almadı. Bu üzdən Səfiyaroğlunun "Simurq"u tərk etməsi daha inandırıcı görünür. Amma Taqimin də keçmiş komandasına dönüşü istisna edilmir. Çünki "təyyarəçilər"in baş məşqçisi Vaqif Sadıqov bu futbolçuların "Simurq"dan ayrılmaq niyyətində olmasından istifadə edib onları yenidən sərəncamnda görmək istəyir.
Shares: