“Beşiktaş” rəhbərliyi heyətdəki “təmizləmə” əməliyyatına start verib. Futbolinfo.az xəbər verir ki, klubdan verilən rəsmi açıqlamada qış fasiləsində ilk göndərilən oyunçunun adı bildirilib.
Mehmet Akgünün sözləşməsi qarşılıqlı razılaşma yoluyla ləğv edilib.
İki mövsüm ərzində “Beşiktaş”ın formasını cəmi 9 dəfə geyə bilən Akgündən sonra növbəti hədəf nigeriyalı futbolçu Mihayl Eneramo olub. “Qara qartalların” idman direktoru Önder Özenin açıqlamasına görə, forvard “Karabükspor”la anlaşmaq üzrədi.





