"Simurq"un baş məşqçisi Georgi Çixradzenin futbolinfo.az saytına müsahibəsi
 
– Komandanın Antalya hazırlığı necə gedir?
– Hər şey normaldı. Şərait ürəyimcədi. Stadion otelimizin nəzdindədi.
 
– Orxan Səfiyaroğlu və Nenad Kiso artıq "Simurq"dan ayrılıb. Daha kimlər gedə bilər?
– Qalan hamısı komanda ilə birgə məşq edir. Hətta heyətimizə Murat Səttarlı və əvəzedicilərdən 2 futbolçu da əlavə etmişik.
 
– Taqim Novruzovun da gedəcəyi haqda eşitmişik…
– Bu, şaiyədi. Taqim komanda ilə birgədi və növbəti dövrəyə hazırlaşır.
 
– "Bakı" ilə qarşılaşmadan sonra Dilaver Zrnanoviç də əsas heyətə düşmür…
– Komandada rəqabət güclüdü. Kim hazırdı və ya yaxşıdı, o da oynayır. Növbəti dövrədə də kim yaxşı olsa, əsas heyətdə onlara şans verəcəm.
 
– Amma biz eşitmişik ki, "Bakı" ilə məlum matçda Zrnanoviç bilərəkdən səhv etdiyi üçün oynatmırsız…
–  Mən artıq onun oynamama səbəbini dedim. Düzü, artıq bu haqda danışmaq istəmirəm. Qol buraxılıbsa, deməli səhv var. Belə olan halda hər kəsi günahlandırmaq olar.
 
– Murad Səttarlıdan başqa neçə transfer etməyi planlaşdırmısız?
– Hələ ki, bir hücumçu və 1 mərkəz yarımmüdafiəçisi almaq istəyirik.
 
– "Simurq" kubokdan uzaqlaşdırılıb. Bu üzdən avrokuboklara vəsiqə qazanmaq üçün yeganə yol Premyer Liqada ilk "üçlüy"ə düşməkdi. Buna inanırsız?
– Biz sona qədər mübarizə aparacağıq. Avrokuboklara düşmək istəyirik.
 
KƏMALƏ İSMAYILOVA
Shares: