“Simurq”un futbolçusu Anderson Oliveyranın həyat yoldaşı Mişele Leytenin futbolinfo.az saytına müsahibəsi
– Yoldaşınız ölkəmizdə futbol oynasa da, siz bura gəlməmisiz. Niyə?
– Belə alınıb. Azərbaycana gəlməyi çox istəyirəm. Amma bəzi səbəblərdən bunu edə bilmirəm.
– Belə alınıb. Azərbaycana gəlməyi çox istəyirəm. Amma bəzi səbəblərdən bunu edə bilmirəm.
– Bunun nəsə ciddi səbəbi var?
– Bizim kiçik oğlumuz var. O, 3 yaşındadı. Biz onun oxumasına, dilimizi yaxşı öyrənməsinə kömək etməliyik. Əgər o, Azərbaycana gəlsə, bu, ona mane olacaq.
– Bizim kiçik oğlumuz var. O, 3 yaşındadı. Biz onun oxumasına, dilimizi yaxşı öyrənməsinə kömək etməliyik. Əgər o, Azərbaycana gəlsə, bu, ona mane olacaq.
– Azərbaycan haqqında heç maraqlanırsız?
– Şəkillərdən, internetdən baxıram. Çox gözəl ölkədi. Oraya gəlmək haqqında düşünürəm. İnanıram ki, qarşıda bizim belə bir imkanımız olacaq.
– Anderson Azərbaycana gəlməmişdən öncə ölkəmiz haqqında nəsə bilirdiz?
– Yox, etiraf edim ki, heç bir şey bilmirdim. Yalnız Anderson oraya gələndən sonra Azərbaycan haqqında öyrənməyə çalışdıq.
– Futbolla əvvəllər də maraqlanırdınız, yoxsa Andersonla tanış olduqdan sonra başladınız?
– Braziliyalı olduğumuz üçün hamı bizim futbolla çox yaxından maraqlandığımızı düşünür. Amma mənim Andersonu sevənə qədər futbolla yaxından əlaqəm olmayıb. Onunla birlikdə olduqdan sonra futbolla maraqlanmağa başlamışam. Amma yenə də bu idman növü haqqında çox şey bilmirəm.
– Azərbaycan futbolu haqqında ümumiyyətlə heç nə bilmirsiz?
– Yox, yalnız “Simurq”u tanıyıram. Onların oyunlarına imkan düşəndə internetdə baxıram.
– Anderson ölkəmizdən nə danışır?
– Sizin yeməkləri tərifləyir. Deyir ki, dadlı yeməklər var. Fərqli mədəniyyətə malik ölkədi. Braziliya ilə Azərbaycan arasındakı fərqdən danışır. Daha çox insanların mehriban olmasından söhbət açır.
– “Simurq” məğlub olduğu zaman Andersonda ciddi dəyişiklik hiss etmirsiz?
– Əsəbi və çox pis olur. O, komandası üçün əlindən gələnin ən yaxşısını edir. Məğlubiyyət təbii ki, onu üzür. Bizimlə danışanda biz də üzülürük. Yanında olub ona dəstək ola bilmədiyimiz üçün təəssüflənirik.

– Həyat yoldanışınız ölkəmizdə yaşamaqdan narazı deyil?
– Yox, əsla! O peşəkar futbolçudu və öz futbolunu oynayır.
ELSEVƏR