Serbiyanın "Voyvodina" klubunun yarımmüdafiəçisi Ənfər Alivodiçin karyerasını Azərbaycanda davam etdirə biləcəyi barədə xəbərlər yayılıb. Futbolinfo.az xəbər verir ki, bu barədə futbolçu özü Serbiya mətbuatına açıqlamasında məlumat vermişdi.
 
O, Türkiyə, Qazaxıstan və Azərbaycan klublarının maraq dairəsində olduğunu açıqlamışdı. Lakin saytımıza açıqlamasında o, bu barədə yayılan xəbərləri təkzib edib:

"Mən elə bir söz deməmişəm. Azərbaycanda oynamaq variantım barədə sadəcə serbiyalı jurnalistlər nəsə yazıblar. Artıq "Voyvodina" ilə hazırlıqlara başlamışam. Mənə Azərbaycandan heç bir klub təklif gəlməyib".

Shares: