Azərbaycan idmanına ağır itki üz verib. Futbolinfo.az xəbər verir ki, bu gün səhər 28 yaşlı qrossmeysterimiz Vüqar Həşimov Almaniyada vəfat edib.
 
AÇ-2009-un qalibi, FIDE reytinqində ən yüksək nəticəsi 11-ci yer olan şahmatçımız uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
 
Futbolinfo.az redaksiyası Həşimovlar ailəsinə dərin hüznlə başsağlığı verir.
Shares: