İngiltərənin “Mançester Yunayted” klubu “Borussiya”nın (Dortmund) hücumçusu İlkay Gündoğanı transfer etmək üçün 24 milyon funtundan keçməyə hazırdı. Futbolinfo.az xəbər verir ki, mankunyanların baş məşqçisi Devid Moyes Gündoğanın pərəstişkarıdı.
 
Hətta 23 yaşlı futbolçunun avqustdan bəri zədəli olması da, Moyesi fikrindən döndürməyib. Məlumata görə, ingilislər Dortmund klubu ilə artıq danışıqlar aparıblar. Gündoğanın “Borussiya” ilə gələn ilin yayına qədər müqaviləsi var. Almanlar Levandovski ilə bağlı vəziyyəti bir daha yaşamamaq üçün futbolçudan qərarını tez verməyi tələb ediblər.
Shares: