“Mançester Siti”nin baş məşqçisi Manuel Pelleqrini iddialı açıqlama ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, o, əzəli rəqibləri “Mançester Yunayted”i çempionluq yarışında rəqib kimi görmədiyini ifadə edib:
 
"Mançester Yunayted”də olan-bitən bizi maraqlandırmır. Onlar üçün qəribə bir mövsüm keçir, ancaq biz də çətinlik yaşamırıq deyə onlardan daha yaxşıyıq deyə bilmərik. Əlimizdən gələnin ən yaxşısını edirik. Mənim üçün əhəmiyyətli olan oynadığımız oyunu davam etdirməkdi”.
Shares: