“Monako”nun və və Kolumbiya millisinin hücumçusu Radamel Falkaonun DÇ-2014-də iştirak etməyəcəyi dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, bu haqda futbolçunun həkimi müayinədən sonra məlumat yayıb.
 
Fransa kuboku çərçivəsində “Azerqu” ilə matçda xəsarət alan ulduzun müalicəsi ilə məşğul olan portuqaliyalı həkim Joze Karlos Norona bildirib ki, Falkao 6-8 ay müddətinə yaşıl meydanlardan kənar qalacaq. Radamel bu gün əməliyyat olunacaq.
Falkao "tvitter"dən ona dəstək olan azarkeşlərə təşəkkürünü bildirib: "Zədələndiyim üçün çox təəssüflənirəm. Dəstək olan bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Məni ayaqda tutan tək şey dünya çempionatında oynamaq arzumdu. Allahın köməyi ilə mümkün olmayan işi bacaracağıma inanıram".
 
Yeri gəlmişkən, 27 yaşlı oyunçuya kobudluq edərək onun zədələyən türk əsilli futbolçu Soner Ertek "Monako" azarkeşləri tərəfindən ölümlə hədələnib. O isə açıqlamasında bunu bilərəkdən etmədiyini, sadəcə oyun epizodu olduğunu vurğulayıb.
Shares: