Bugün dünya futbolunda əslən başqa ölkədən olsa da, milli komanda seçimində üstünlüyü tamam başqa formaya verən çox sayda nümunə göstərmək olar. Bu hal adətən bir neçə oxşar səbəbdən irəli gəlir.
Birinci halı belə analiz etmək olar: Başqa millətlərdən olan iki şəxsin evlənməsindən sonra dünyaya gələn uşaq futbolçu kimi yetişir. Amma milli seçiminə gələndə evdə hansı valideynin sözü daha çox keçirsə, məhz onun ölkəsinin yığmasına üstünlük verilir. Bu situasiya adətən başqa ölkəyə işləmək üçün gedən kişilərin həmin yerlərdə yerli qadınlarla ailə qurduqdan sonra yaranır. Məsələn bunun ən bariz nümunəsini bizə yaxın olan Türkiyənin timsalında görə bilərik. Bugün Almaniya yığmasının heyətində bir neçə as futbolçu var ki, onlar türk soylu top ustalarıdı.
Başqa bir hal isə bəzi Avropa ölkələrini vaxtilə Afrikada qurduğu müstəmləkələrin hesabına qarşımıza çıxır. Bunu daha çox İngiltərə və Fransa millilərinin heyətində görə bilirik. Məsələn Fransa yığmasındakı Patris Evra və ya İngiltərənin şərəfini qoruyan Dani Uelbek belələrindəndi. Bu komandalardakı qaradərili futbolçuların əksəriyyəti XX əsrdə Afrikada tutulan müstəmləkə ölkələrin vətəndaşlarıdı. Onlar vaxtilə Fransa və İngiltərəyə köçdüyündən indi də öz ölkələrinin uğurları üçün çalışmaqdan imtina edir. Bu hal bəzən də Cənub-qərbi Avropa ölkələrinin Cənubi Amerikada yaratdığı müstəmləkələrində də görə bilirik (Braziliyalı Dekonun Portuqaliyanı seçməsi kimi).
Üçüncü hal isə tamam fərqlidi. Bunda nə valideyn təsiri var, nə müstəmləkə. Sadəcə futbolçuların həyat hekayəsi və sərbəst seçim burda öz sözünü deyir. Bir Avropa ölkəsinin oyunçusu başqa bir Avropa ölkəsinin yığmasında çıxış edir. Hətta Avropa əsilli birinin Amerika qitəsinin millilərində oynadığını da gördüyümüz hallar var.
Ən yaxşısı aşağıda tərtib etdiyimiz siyahıya baxmaqdı. Burda özü başqa ölkədən olsa da, yığması başqa ölkə olan ən məşhur 30 futbolçunu müəyyənləşdirmişik.
Qonzalo İquayn
Milli komanda: Argentina
Mənşəyi: Fransa
Nani
Milli komanda: Portuqaliya
Mənşəyi: Yaşıl Burun Adaları
Rikardo Montolivo
Milli komanda: İtaliya
Mənşəyi: Almaniya
Mario Qomes
Milli komanda: Almaniya
Mənşəyi: İspaniya
Pepe
Milli komanda: Portuqaliya
Mənşəyi: Braziliya
Hatem Ben Arfa
Milli komanda: Fransa
Mənşəyi: Konqo
Bruno Alveş
Milli komanda: Portuqaliya
Mənşəyi: Braziliya
İbrayim Afellay
Milli komanda: Hollandiya
Mənşəyi: Mərakeş
Jerom Boatenq
Milli komanda: Almaniya
Mənşəyi: Qana
Avram Papadopulos
Milli komanda: Yunanıstan
Mənşəyi: Fransa
Behran Səfəri
Milli komanda: İsveç
Mənşəyi: İran
Dani Uelbek
Milli komanda: İngiltərə
Mənşəyi: Qana
Aleksandr Səmədov
Milli komanda: Rusiya
Mənşəyi: Azərbaycan
Aleksandr Əliyev
Milli komanda: Ukrayna
Mənşəyi: Azərbaycan
Emir Bayrami
Milli komanda: İsveç
Mənşəyi: Kosovo
Qael Klişi
Milli komanda: Fransa
Mənşəyi: Martinik adaları
İlkay Gündoğan
Milli komanda: Almaniya
Mənşəyi: Türkiyə
Gökhan İnler
Milli komanda: İsveçrə
Mənşəyi: Türkiyə
Kərim Benzema
Milli komanda: Fransa
Mənşəyi: Əlcəzair
Loran Koselni
Milli komanda: Fransa
Mənşəyi: Polşa
Lukas Podolski
Milli komanda: Almaniya
Mənşəyi: Polşa
Mario Balotelli
Milli komanda: İtaliya
Mənşəyi: Qana
Məsut Özil
Milli komanda: Almaniya
Mənşəyi: Türkiyə
Miroslav Kloze
Milli komanda: Almaniya
Mənşəyi: Polşa
Eduardo da Silva
Milli komanda: Xorvatiya
Mənşəyi: Braziliya
Patris Evra
Milli komanda: Fransa
Mənşəyi: Seneqal
Sami Hedira
Milli komanda: Almaniya
Mənşəyi: Tunis
Samir Nəsri
Milli komanda: Fransa
Mənşəyi: Əlcəzair
Tiaqo Motta
Milli komanda: İtaliya
Mənşəyi: Braziliya
Ola Toyvonen
Milli komanda: İsveç
Mənşəyi: Finlandiya
Yann M'vila
Milli komanda: Fransa
Mənşəyi: Konqo





