Topaz Premyer Liqasının qalan 2 dövrəsinə Türkiyədə hazırlaşan “Qəbələ” bu gün Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxmalıydı. Futbolinfo.az xəbər verir ki, Yuri Syominin yetirmələri Rusiyanın “Torpedo” komandası ilə qarşılaşacaqdı.
 
Lakin bu qarşılaşmanın keçirilməməsinə qərar verilib. Buna səbəb isə bu gün Antalyada hava şəraitinin kəskin dəyişməsidi. Güclü leysan yağışı bu qarşılaşmanın keçirilməsini əngəlləyib.
 
Xatırladaq ki, buna qədər “Qəbələ” Türkiyənin “Maltepespor” (1:1), Qazaxıstanın “Spartak” (1:1) və “Tobol” (2:1), Türkiyənin “Konyaspor” (2:4), Rusiyanın “Volqa” (0:0) komandaları ilə qarşılaşmışdı.
 
Yoxlama oyunu
25 yanvar
 
Qəbələ – Torpedo
Shares: