Madrid “Atletiko"sunun türkiyəli futbolçusu Arda Turan Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, son vaxtlar sərgilədiyi oyunla böyük rəğbət qzanan yarımmüdafiəçi ilə xüsusilə Fransa klubları ciddi maraqlanır.
 
PSJ və “Monako” Ardanın təzminat qiyməti olan 41 milyon avro verməyə hazırdı. Son olaraq “Rayo Valekano” qarşısındakı dublla diqqət mərkəzinə düşən oyunçu ilə maraqlananlar arasında “Çelsi” də var. Ancaq Madrid təmsilçisi hələ ki, Turan kimi pleymeykeri göndərmək niyyətində deyil.
 
Ardanın "Atletiko" ilə 2017-ci ilə qədər müqaviləsi var.
Shares: