“Mançester Yunayted”in baş məqşçisi Devid Moyes Xuan Mata və komandanın növbəti transfer hədəfləri barədə danışıb. Futbolinfo.az xəbər verir ki, o, bu keçidin mövsümün sonunda görəcəkləri böyük işin ilk addımı olduğunu vurğulayıb:
 
 “Bu ilk böyük transferimiz idi. Zamanla gerisi gələcək. Qışda başqa transfer edəcəyimizi sanmıram. Amma mövsüm sonunda əlbəttə yeni futbolçular alınacaq. Mövsümə istədiyimiz kimi başlaya bilmədik. Özümüzü inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Hazırkı vəziyyəti dəyişdirəcəyik".
 
Moyes car mövsümün əvvəlində MY-nin başına keçib.
Shares: