Futbol üzrə Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” öz meydanında yarışın autsayderi “Kayserispor”u qəbul edib.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Özkara oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 18 turdan sonra “Sivasspor” 32 xalla 3-cü pillədə qərarlaşıb.





