"Araz Naxçıvan"ın dünən köhnə "Neftçibaza"da baş tutan axşam məşqini sloveniyalı menecer və iş adamı İqor Branko da izləyib. Futbolinfo.az xəbər verir ki, klubun meneceri Tahir Əliyevin dəvəti ilə Azərbaycana gələn Branko səfəri barədə danışıb:
 
"Keçən ilin dekabr ayında Sloveniyada klub meneceri Tahir Əliyevlə görüşdük və fikir mübadiləsi apardıq. Xüsusi olaraq uşaq futbolu barədə danışdıq. İlk görüşümüz zamanı meneceriniz məni Azərbaycana dəvət etdi. Komandanın Bakıda baş tutan axşam məşqini izləməyə müvəffəq oldum. Heyətdə yaxşı və texnikalı oyunçular var. Mən də öz təkliflərimi vermişəm. Komanda Premyer Liqaya yüksələcəyi təqdirdə yəqin ki, heyətinizdə sloveniyalı futbolçuların top qovması mümkün olacaq. "Araz Naxçıvan"a qarşıdakı oyunlarda uğurlar arzulayıram".
Shares: