"Atletiko"nun as oyunçusu Arda Turan zədələnib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi komandanın son məşqində xəsarət alıb.
Sağ ayağını əzən yarımmüdafiəçinin müalicəsi təlim-məşq bazasında mümkün olmadığından o, xəstəxanaya aparılıb.
Baş məşqçi Dieqo Simeone Ardanın adını Kral Kubokunda "Atletik"lə (Bilbao) matçın iştirak ərizəsindən də çıxarıb.
27 yaşlı futbolçunun zədə müddəti barədə isə heç bir açıqlama verilməyib.





