Türkiyə Super Liqasının son turunda “Konyaspor"la matçda “Fənərbaxça”nın aparıcı üzvü Emmanuel Emenikenin zədələnməsi barədə məlumat vermişdik. Futbolinfo.az xəbər verir ki, həkimlərin müayinəsindən sonra onun hansı müddətə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.
Forvardın ayağında yırtıq aşkar olunduğu təsdiqlənib. Futbolçu ən az 3 həftə futboldan kənar qalacaq. Bu isə o deməkdi ki, Emenike "Əskişəhərspor", "Sivasspor" və "Kasımpaşa" ilə matçlarda komandasına kömək edə bilməyəcək.





