"Arsenal"ın aparıcı üzvlərindən olan Bakari Sanya komandadakı gələcəyi ilə bağlı daha əvvəl verdiyi qərarı dəyişib. Futbolinfo.az xəbər verir ki, ötən həftələrdə o, bu mövsüm “topçular”la son dövrlərini yaşadığını açıqlasa da, daha sonra fikrindən daşınıb.
 
Komandanın uğurlu çıxışı onu Londonda qalmağa vadar edib. İndi Sanya rəhbərliyin təklif etdiyi yeni 3 illik müqaviləni imzalamaq fikrindədi. Yeni sövdələşməyə əsasən, Fransa millisinin 30 yaşlı futbolçusu ilinə 5 milyon avro qazanacaq.
 
Sanyanın əvvəlki müqaviləsinin müddəti yaya qədər nəzərdə tutulub.
Shares: