Futbol üzrə İtaliya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, ötən gecə bu mərhələnin son oyunu keçirilib.
 
"Napoli" doğma meydanda "Latsio" ilə qarşılaşıb. Meydan sahibləri minimal hesabla qalib gələrək yarımfinala vəsiqə qazanıblar.
 
Qeyd edək ki, bu mərhələnin görüşləri bir oyundan ibarət idi. Digər oyunlarda "Roma", "Fiorentina" və "Udineze" finala vəsiqə qazanmaq uğrunda mübarizə aparmaq şansı əldə etmişdi.
 
İtaliya Kuboku
1/4 final
29 yanvar
 
Napoli – Latsio – 1:0
 
Artıq yarımfinal cütlükləri də bəllidi. Belə ki, İtaliya Kubokunun finalına vəsiqə qazanmaq üçün aşağıdakı cütlükləri mübarizə aparacaq:
 
Udineze – Fiorentina
Roma – Napoli
Shares: