"Barselona" İspaniya La Liqasının XXIII turunda "Sevilya"ya qarşı matçda iki aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək. Futbolinfo.az xəbər verir ki, Xavyer Maskerano və Xordi Albanın cəzalı duruma düşməsi belə deməyə əsas verir.

Kataloniya klubunun ötən gün doğma meydanda "Valensiya"ya (2:3) uduzduğu qarşılaşmanın 52 və 78-ci dəqiqələrində sarı vərəqə almaqla meydandan qovulan Alba növbəti matçı buraxmalı olacaq.

Maskerano isə La Liqada artıq 5-ci dəfə sarı vərəqə ilə cəzalandırıldığından "Sevilya" ilə görüşdə meydanda olmayacaq. Baş məşqçi Xerardo Martino bu iki futbolçunun yerinə Adriano və Mark Bartranın xidmətindəm yararlanmağı düşünür.

Shares: