Topaz Premyer Liqasının 19-cu turunda keçirilən "Qarabağ" – "Xəzər Lənkəran" (0:1) matçından sonra qonaq komandanın futbolçusu oyun haqda fikirlərini bildirib. Futbolinfo.az saytına açıqlamasında Alvaro Silva bunları dilə gətirib:
"Məşqçi bizə bu oyunla bağlı xüsusui tapşırıqlar vermişdi. Biz də meydana çıxıb o tapşırıqları necə lazımdısa, yerinə yetirdik və qalib gəldik. Bu qələbə qarşıdakı oyunlarda bizə çox kömək edəcək. Hiss olunur ki, rəqib komanda 2-3 ildi bir yerdə oynayır. "Qarabağ" səviyyəli bir komandadı. Bizim üçün çempionatın ən çətin səfər oyunu idi. Bu oyunda qalib gəlmək bizə çox yaxşı təsir edəcək. Hava şəraitinə gəldikdə, məncə bu amil hər kəs üçün eynidi. Biz Antalyadan gələndən sonra bu meydanda məşq etməmişdik. Buna baxmayaraq qələbə qazana bildik".





