Topaz Premyer Liqasının 19-cu turuna “İnter” – AZAL oyunu ilə yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, rəqibini 2-1 hesabı ilə məğlub edəb “İnter”in baş məşqçisi Kaxaber Sxadadze matç haqda bunları bildirib:

"Oyunun əvvəlində hesabda irəli cıxdıq və hər iki qolumuz gözəl alındı. Rəqib bizə qarşı başa-baş oyun göstərdi. Hətta, deyərdim ki, oyun boyu, bu, bizə çətinlik yaratdı. Komandamın oyunundan razı qaldım. Vaqif müəllimin fikrinə hörmətlə yanaşıram. Onlar bizə heç nədən qol vurdular, bizim qollarımız isə baxımlı alındı. Onların qolunu gözləmirdik".

Shares: