Futbol üzrə İtaliya çempionatında 22-ci turun görüşləri keçirilib. Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri 2-ci oyun günündə baş tutub.
"Atalanta" "Napoli"ni darmadağınla yola salıb. 6 qolun vurulduğu "Kataniya" – "Livorno" görüşündə qalib müəyyənləşməyib. "Kyevo" evdə "Latsio"ya uduzub. "Sassuolo"nun qonağı olan "Verona" 2 cavabsız qolla qalib gəlib. "Yuventus" "İnter" üzərində qələbəylə liderliyini daha da möhkəmləndirib.
"Roma" – "Parma" görüşü isə güclü yağış səbəbindən təxirə salınıb.
Tura bu gün keçiriləcək bir oyunla yekun vurulacaq.
İtaliya A Seriyası
22-ci tur
1 fevral
Bolonya – Udineze – 0:2
Qollar: Allan, 4, N.Lopes, 90.
Kalyari – Fiorentina – 1:0
Qol: Pinilya, 39.
Milan – Torino – 1:1
Qollar: Rami, 49 – İmmobile, 17.
2 fevral
Atalanta – Napoli – 3:0
Qollar: Denis, 47; 65, Morales, 70.
Kataniya – Livorno – 3:3
Qollar: Berqessio, 61, Barrientos, 75, Almiron, 88 – Emeqara, 51; 77, Paulinyo, 72-pen.
Kyevo – Latsio – 0:2
Qollar: Kandreva, 6, Keyta, 71.
Sassuolo – Verona – 1:2
Qollar: Flores, 90 – Manfredini, 50, Toni, 87.
Yuventus – İnter – 3:1
Qollar: Lixştayner, 15, Kyellini, 47, Vidal, 56 – Rolando, 72.
Roma – Parma matçı təxirə salınıb
3 fevral
23:45. Cenoa – Sampdoriya





