Mövsümün sonunda “Barselona”dan ayrılma ehtimalı olan Xavi Hernandesin əvəzləyicisini tapmaq üçün rəhbərlik axtarışlara başlayıb. Futbolinfo.az xəbər verir ki, katalonlar vaxtilə İspaniya La Liqasında çıxış etmiş, hazırda “Mançester Siti”nin şərəfini qoruyan David Silvanı hədəf alıb.

Kataloniya klubu bu keçid üçün 50 milyon funtundan keçməyə hazırdı. Lakin “şəhərlilər” də Davidi buraxmaq fikrində deyillər. Buna baxmayaraq, “Barsa”nın təkidlərini mövsümün sonunadək davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, Silva 2010-cu ildən MS-nin formasını geyinir.

Shares: