“Trabzonspor”a böyük ümidlərlə transfer olunsa da, gözləntiləri qarşılamayan gənc qolçu Batuhan Karadəniz qış fasiləsində komanda ilə yollarını ayırmışdı. Futbolinfo.az xəbər verir ki, artıq dəcəl forvardın yeni komandası da məlum olub.
“Elazığspor” Batuhanla anlaşıb. Qaradənizin bir müddət “Əskişəhərspor” rəhbərliyi ilə görüşüb danışıqlar aparsa da, sonda Elazığ təmsilçisinin yolunu tutmalı olub. İddialara görə, Batuhan özü Əskişəhərdə baş məqşçi Ərtuğrul Sağlamla çalışmaq istəyirmiş, lakin tərəflər şərtlərdə razılığa gələ bilməyib.
Batuhanın “Elazığspor”la yaxın günlərdə rəsmi müqavilə imzalayacağı gözlənilir.





