Dortmund "Borussiya"sının təcrübəli futbolçusu Mats Hummels zədələnib. Futbolinfo.az xəbər verir ki, alman futbolçu “Fortuna" (Düsseldrof) ilə matçda sağ ayağından xəsarət alıb.
Həkimlərin müayinəsindən sonra stopperin 2 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Qeyd edək ki, bu Hummelsin mövsüm ərzindəki ikinci zədələnməsidi. Noyabrda zədələnən futbolçu ötən həftə "Ayntraxt"la matçda ilk dəfə meydana çıxmışdı.





