Topaz Premyer Liqasının 20-ci turunun daha bir maraqlı oyunu isə Lənkəranda baş tutacaq. Futbolinfo.az xəbər verir ki, bu il 10 illik yubileyini qeyd edən “Xəzər Lənkəran” doğma azarkeşləri önündə son çempion “Neftçi”ni qəbul edir.
Buna qədər baş tutan “Böyük oyun”larda bakılıların üstünlüyü nəzərə çarpır – 9 qəbələ. Oyunların 7-də Lənkəran təmsilçisi qalib, 11 dəfə isə heç-heçə qeydə alınıb. Bu üstünlüyə baxmayaraq, “Neftçi” 7 ildir ki, səfərdə “Xəzər Lənkəran”a qalib gələ bilmir. “Ağ-qaralar” sonuncu dəfə 2007-ci ilin noyabrında “fırtınalar meydanı”ndan 3 xal aparıb.
Bu mövsüm Topaz Premyer Liqasında “Xəzər Lənkəran” doğma meydanda keçirdiyi 9 oyundan yalnız 3-də qələbə qazanıb. Səfər oyunlarında cəmi 11 xal yığan “Neftçi” 3 qələbəyə və 2 heç-heçəyə sevinib.
08.12.2004 Xəzər Lənkəran – Neftçi (Bakı) 1:1
11.05.2005 Neftçi (Bakı) – Xəzər Lənkəran 2:1
10.06.2005 Neftçi (Bakı) – Xəzər Lənkəran* 2:1
18.12.2005 Xəzər Lənkəran – Neftçi (Bakı) 0:1
30.05.2006 Neftçi (Bakı) – Xəzər Lənkəran 2:2
11.08.2006 Xəzər Lənkəran – Neftçi (Bakı) 2:1
16.02.2007 Neftçi (Bakı) – Xəzər Lənkəran 1:0
10.11.2007 Xəzər Lənkəran – Neftçi (Bakı) 0:1
11.05.2008 Neftçi (Bakı) – Xəzər Lənkəran 0:1
19.10.2008 Xəzər Lənkəran – Neftçi (Bakı) 2:0
12.04.2009 Neftçi (Bakı) – Xəzər Lənkəran 2:1
08.11.2009 Xəzər Lənkəran – Neftçi (Bakı) 0:0
17.02.2010 Neftçi (Bakı) – Xəzər Lənkəran 0:0
27.03.2010 Xəzər Lənkəran – Neftçi (Bakı) 0:0
01.05.2010 Neftçi (Bakı) – Xəzər Lənkəran 0:0
25.09.2010 Xəzər Lənkəran – Neftçi (Bakı) 1:0
13.02.2011 Neftçi (Bakı) – Xəzər Lənkəran 0:0
18.03.2011 Xəzər Lənkəran – Neftçi (Bakı) 1:1
18.05.2011 Neftçi (Bakı) – Xəzər Lənkəran 1:1
10.09.2011 Xəzər Lənkəran – Neftçi (Bakı) 1:0
06.11.2011 Neftçi (Bakı) – Xəzər Lənkəran 5:0
24.03.2012 Neftçi (Bakı) – Xəzər Lənkəran 1:1
22.04.2012 Xəzər Lənkəran – Neftçi (Bakı) 1:0
15.09.2012 Neftçi (Bakı) – Xəzər Lənkəran 2:1
14.12.2012 Xəzər Lənkəran – Neftçi (Bakı) 2:1
25.08.2013 Xəzər Lənkəran – Neftçi (Bakı) 0:0
02.11.2013 Neftçi (Bakı) – Xəzər Lənkəran 4:1
* – “Qızıl oyun” neytral meydanda keçirilib.
Topaz Premyer Liqasının ikinci dövrəsinə “Qarabağ” üzərindəki minimal hesablı səfər qələbəsi ilə start verən “Xəzər Lənkəran” prinsipial rəqibi ilə oyunda iki oyunçunun xidmətindən yararlana bilməyəcək – Slavik Alxasov və Elnur Abdullayev cəzalı olduqları üçün bu oyunu kənardan izləyəcəklər. “Neftçi”dən isə Elvin Yunuszadə və Ruslan Qurbanov eyni səbəbdən komandalarına kömək edə bilməyəcəklər. Cəzası başa çatan Mahir Şükürov isə şans veriləcəyi təqdirdə meydana çıxacaq.





