"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Topaz Premyer Liqasının 20-ci turunun "Neftçi" ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim "Neftçi"yə qarşı oyunlarımız daim maraqlı olur. Bu oyun da çox maraqlı olacaq. Mütləq qələbə qazanmalıyıq. Azarkeşlərimizi sevindirməliyik. Son oyunda 1:4 hesabı ilə uduzmuşuq. Təbii ki, ürəyimizdə rəqibi mütləq məğlub etmək haqqında fikirləşirik. Amma mütləq deyil ki, 4 və ya 5 qol vuraq. Sadəcə, bu komandaya qalib gəlməklə azarkeşlərimizə sevinc bəxş etməliyik".
Kapitan Böyükağa Hacıyevin dediklərinə də münasibət bildirib: "Böyükağa Hacıyev həmişə belə danışır. Amma hər şeyə oyundan sonra aydınlıq gələcək".





