Futbol üzrə Qazaxıstan yığması komandada baş məşqçi dəyişikliyinə gedib. Futbolinfo.az xəbər verir ki, bundan sonra millini rusiyalı Yuri Krasnojan çalışdıracaq.
 
50 yaşlı mütəxəssis Qazaxıstan Futbol Federasiyası (QFF) ilə 2+2 şərti ilə müqavilə imzalanıb. QFF təcrübəli məşqçini rəsmi mərasimlə mətbuata tanıdıb.
 
Məlumatınız olsun ki, Krasnojan bu günədək "Spartak", "Lokomotiv", "Anji", "Kuban" və "Terek" klublarda çalışıb.
Shares: