Topaz Premyer Liqasının 20-ci turunda keçirilən "Rəvan" – "İnter" qarşılaşması meydan sahiblərinin məğlubiyyəti ilə başa çatdı. Futbolinfo.az xəbər verir ki, bu dəfə də komandanın məğlubiyyətində əsas səbəbkarlardan biri "aslanlar"ın futbolçusu Novruz Məmmədov oldu.
Belə ki, qarşılaşmanın son saniyələrində məhz onun səhvi nəticəsində qeydə alınan penalti qonaqların qələbəsi ilə başa çatıb.
 
Maraq üçün xatırladaq ki, Məmmədov bundan əvvəlki oyunda – "Bakı" ilə qarşılaşmada da penaltiyə səbəb olmuşdu. Görünür məhz komandasının ardıcıl məğlubiyyətlərində "pay sahibi" olduğuna görə idi ki, Novruz "İnter"lə qarşılaşmadan sonra uzun müddət meydanda oturub göz yaşı tökməklə təsəlli tapdı.
Shares: