Topaz Premyer Liqasının 20-ci turunun "Simurq" – "Bakı" qarşılaşmasından sonra yerli azarkeşlər Georgi Çixradzeni istefaya səsləyib. Futbolinfo.az saytının Zaqatalaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, artıq ardıcıl məğlubiyyətlər "Simurq" tərəfdarlarının ürəyincə deyil.
Məhz bu üzdən 90 dəqiqənin sonunda komandalar meydanı tərk edərkən gürcü mütəxəssisin ünvanına "istefa" şüarları səsləndirilib.





